Bu xəstə könlümə tək çarə sən idin gözəlim
Mənim hər dərdimə hər çarə sən idin gözəlim
Çətinki birdə mənim dərdimə dərmanım ola

Həm yaxın dostum idi, həm də sevgilim məsələ
Boş-boş şeyin üstündə yarandı ayrıldıq elə
Çox mehriban idik biz heç ağlıma gəlməzdi belə
Bir zaman sevdiyim insan gedə düşmanım ola
Bu xəstə könlümə tək çarə sən idin gözəlim
Mənim hər dərdimə hər çarə sən idin gözəlim
Çətinki birdə mənim dərdimə dərmanım ola
Çətinki birdə mənim dərdimə dərmanım ola
Gözümdə bir dənə sənsən ən gözəllər gözəli
Mənə sən gərəysən özgəsinə vermərəm mən həni
Sən yoxsan itirib ağlımı olmuşam dəli
Nə xeyri var mənə milyon gözəl heyranım ola
Bu xəstə könlümə tək çarə sən idin gözəlim
Mənim hər dərdimə hər çarə sən idin gözəlim
Çətinki birdə mənim dərdimə dərmanım ola
Çətinki birdə mənim dərdimə dərmanım ola
Məni həsrət qoyub, ağlar qurumur gözümdə yaş
Sənsə rəhm eyləmiyib bağlamısan qəlbinə daş
Qaldı çox söz ürəyimdə demədim mən sənə kaş
Yenə fürsət düşə bir söz demək imkanım ola