Mən sənə həmişə anam demişəm
Ülfətin şirindir nəfəsin ilıq
İnan ki bürüyər ürəyimi qəm
Əgər aramıza düşsə ayrılıq
Anam mehribanım Azərbaycanım
Düşmərəm bir anda səndən ayrı mən
Sonsuz məhəbbətim sözüm dastanım
Yaranıb əbədi məhəbbətimdən
Xəzərin Göygölün Arazın könül
Eşqini qoparmaq olmaz sinəmdən
Neçə min həyatın neçə min ömrün
Sevinci bəzəyi fərəhisən sən
Anam mehribanım Azərbaycanım
Düşmərəm bir anda səndən ayrı mən
Sonsuz məhəbbətim sözüm dastanım
Yaranıb əbədi məhəbbətimdən