Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni
Yer üzündə bir it varsa gəlib tapib qapar məni
Arzum içimdə qəribdi sinəmdə qem göyəribdi
Yuxuma ilan giribdi yəqin çalar omar məni
Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni
Sözdən sirrdən usanmışam, fitnəgirdən usanmışam
Tanrım yerdən usanmışam, Öz yanına apar məni
Xeyallarım ələk – fələk, yuxumda min fitnə-kələk
Mənim mənim tək qalıb tək, öz özündən umar məni!
Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni
Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni
Yer üzündə bir it varsa gəlib tapıb qapar məni